Kennedinin qətli ilə bağlı TƏFƏRRÜATLAR AÇIQLANDIbackend

Kennedinin qətli ilə bağlı TƏFƏRRÜATLAR AÇIQLANDI

ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard X sosial şəbəkəsində keçmiş prezident Con Kennedinin qardaşı Robert F. Kennedinin qətli ilə bağlı 60 min sənədin ictimaiyyətə açıldığını deyib.

KONKRET.az xəbər verir ki, sənədlər prezident Donald Trampın ilin əvvəlində imzaladığı sərəncam əsasında məxfiliyindən çıxarılıb və rəqəmsallaşdırılaraq paylaşılıb.

“Bugünkü buraxılış şəffaflığın və həqiqətin paylaşılması istiqamətində mühüm addımdır”, – deyə o qeyd edib.

Qabbard sənədlərin uzun illər federal arxivlərdə saxlanıldığını və ilk dəfə bu miqyasda ictimaiyyətə təqdim olunduğunu vurğulayıb.

Qeyd edək ki, sənədlərin ilk 10 min səhifəsi aprelin 18-də dərc olunub. Analitiklər yeni sənədlərin ciddi açıqlamalar ehtiva etmə ehtimalını aşağı qiymətləndirirlər.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*