“Kəpəz” Tərlan Əhmədovla yollarını ayırdı – RƏSMİbackend

"Kəpəz" Tərlan Əhmədovla yollarını ayırdı - RƏSMİ

“Kəpəz” baş məşqçisi Tərlan Əhmədovla yollarını ayırıb.

KONKRET.az xəbər verir ki, klubdan verilən məlumata görə, bununla bağlı qərar klubun İdarə Heyətinin bugünkü iclasında qəbul olunub.

52 yaşlı mütəxəssislə ötən mövsümün sonunda başa çatan müqavilə yenilənməyib.

Komandanın sükanı arxasına Azər Məmmədovun gətiriləcəyi gözlənilir.

Qeyd edək ki, Tərlan Əhmədov ötən ilin sentyabrında “Kəpəz”ə baş məşqçi təyin olunmuşdu./Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*