“Kəpəz” “Turan Tovuz”a qalib gəldibackend

“Kəpəz” “Turan Tovuz”a qalib gəldi

Misli Premyer Liqasında 30-cu turun oyunları davam edir.

KONKRET.az xəbər verir ki, qərb derbisində “Kəpəz” “Turan Tovuz”u qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. Gəncə şəhər stadionunun ot örtüyünün vəziyyəti ölkə çempionatının görüşlərini qəbul etmək üçün yararlı olmadığı üçün oyun Qəbələ şəhər stadionunda keçirilib.

Qeyd edək ki, 30-cu tura sabah oynanılacaq 2 matçla yekun vurulacaq.

15 aprel (şənbə)

16:00. “Kəpəz” – “Turan Tovuz” – 1:0 

Qol: Abdullahi Şuaybu, 9

Qırmızı vərəqə: Piruzi Marakvelidze, 38 (“Turan Tovuz”)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Namiq Hüseynov, Rəvan Həmzəzadə

Qəbələ şəhər stadionu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*