Kərəm Həsənovun Cəlilabaddakı mülklərinin bir hissəsinin adı açıqlandı – SİYAHIbackend

Kərəm Həsənovun Cəlilabaddakı mülklərinin bir hissəsinin adı açıqlandı - SİYAHI

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun Cəlilabaddakı mülklərinin bir hissəsinin adı açıqlanıb.

KONKRET.az-ın xəbərinə görə, bu barədə jurnalist Əvəz Zeynallı bildirib.

O iddia edib ki, K.Həsənov rayonda torpaq sahələrini zəbt edib: “Kərəm Həsənov Cəlilabadda vətəndaşların torpaqlarının hektarına 100 manat ödəyir, alır. Sonra da 5-6 min manata satır. Cəlilabadda nə qədər dövlət mülkləri varsa, hamısını bu qardaşlar alıblar, indi də satırlar. Rayon sakinlərinə baxsın, nə gündə yaşayırlar… Bu qədər haqsızlıq davam edə bilməz”.

Ə.Zeynallı Cəlilabadda K.Həsənova məxsus obyektlərin adlarını sadalayıb: “Cücə fabriki (25 hektar), şərab zavodu (12 hektar), Qarazəncir soyuducu anbarı, üzüm bağı (30 hektar), “Günəşli” pilot təsərrüfatı (1200 hektar), 500 başa yaxın cins heyvan ferması, çörək zavodu, dəyəri milyonlarla ölçülən 3 ədəd villa, keçmiş avtobazanın ərazisi, 100 hektarlıq əkin ərazisi, Uzuntəpə beton zavodu, “Tut” bağı restoranı, “Kəhriz” istirahət mərkəzi, bir sözlə, Cəlilabad onundur. Cəlilabadın 70 kəndində təbii qaz, bəzilərində məktəb də, tibb məntəqəsi də yoxdur, yollar da bərbaddır. Hər şey Kərəm Həsənovundur. Bu nə ədalətdir…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*