Çexiyada bir keşiş gənə dişlədikdən sonra dəli olub və öz cinsi orqanını kəsib.
KONKRET.az xəbər verir ki, bu barədə Daily Mail yazır. Məlumatda deyilir ki, kişi sinir sisteminin iltihabına səbəb olan gənə ensefalitindən əziyyət çəkirdi. Nəşrin məlumatına görə, keşiş ağır yaralı halda Çeske Budeyovitse şəhəri yaxınlığındakı kənddə öz evində tapılıb. Qeyd olunur ki, onu qanaxmadan xilas etmək üçün sakinlər qapını sındırmalı olublar.
Keşiş xəstəxanaya yerləşdirilib və süni komaya salınıb. Bildirilir ki, xəstəxanada olduğu müddətdə həmin şəxs də virus infeksiyasına yoluxub və bu da vəziyyətini pisləşdirib. Bəzi məlumatlara görə, həkimlər keşişin həyatını xilas etmək üçün xəstənin cinsi orqanını tamamilə amputasiya etməli olublar.
Rəsmiyyə Şərifova,
KONKRET.az
