“Keşlə”nin keçmiş məşqçisi Ermənistanda ömürlük cəzalandırıldıbackend

"Keşlə"nin keçmiş məşqçisi Ermənistanda ömürlük cəzalandırıldı

Ermənistan I Liqasında danışılmış oyunlarla əlaqədar diskvalifikasiyaya məruz qalmış 58 nəfərdən 45-i futbol fəaliyyətindən ömürlük məhrum edilib. 

KONKRET.az xəbər verir ki, cəzalı futbolçu, məşqçi və funksionerlərin 25-i Ukrayna vətəndaşıdır. Onların 20-si heç vaxt futbolla məşğul ola bilməzlər.

Siyahıdakılardan Yerevan “Lokomotiv”inin keçmiş baş məşqçisi Anatoli Piskovets ömürlük cəza ilə üzləşib. O, 2005-ci ildə Bakının “İnter” (hazırkı “Keşlə”) və Zaqatalanın “Simurq” komandalarında məşqçi kimi fəaliyyət göstərib.

Yerevan “Torpedo”sunun futbolçusu kimi 1 illik cəzaya məruz qalan Miroslav Deda isə “Qarabağ”ın U-19 komandasında çıxış etmiş hücumçu Yaroslav Dedanın əkiz qardaşıdır.

Qeyd edək ki, cəzalı ukraynalılar sırasında “Lokomotiv”in faktiki sahibi, keçmiş baş məşqçisi və 10 futbolçusu, “Araqats”ın sahibi, baş məşqçisi və 3 futbolçusu, “Masis”in 5, “Torpedo”nun 3 futbolçusu yer alıb.

Unikal.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*