Kiberdələduzlar növbəti dələduzluq növünə əl atıblar.
KONKRET.az xəbər verir ki, bu barədə “Azərpoçt” məlumat yayıb.
Məlumata görə, bu dəfə vətəndaşlara göndərilən mesajlarda bağlamanın əldə olunması üçün 1 manat ödəniş tələb olunur və saxta link əlavə edilir.
“Azərpoçt” vətəndaşlardan şübhəli mesaj və bildirişlər aldıqda, dərhal “Azərpoçt”un 169 Çağı mərkəzi, eləcə də sosial şəbəkə hesabları vasitəsilə dəqiqləşdirmə aparmalarını xahiş edir. Mesajın inandırıcı olması üçün isə sonluğa “Azərpoçt” MMC BÜTÜN HÜQUQLAR QORUNUR yazısı əlavə edilib. “Azərpoçt” olaraq bir daha vətəndaşların nəzərinə çatdırırıq ki, qurum heç bir halda vətəndaşlardan onlayn ödəmə tələb etmir və mesajlarında link göndərmir”.