Kim İrəvanla Bakı arasında sülh müqaviləsinin tərəfdarıdır, kim yox? – Qapalı görüşün TƏFƏRRÜATLARIbackend

Kim İrəvanla Bakı arasında sülh müqaviləsinin tərəfdarıdır, kim yox? - Qapalı görüşün TƏFƏRRÜATLARI

Xəbər verdiyimiz kimi, bir neçə gün bundan öncə Ermənistan parlamentində qapalı iclas keçirilib. İclasda Baş nazir Nikol Paşinyan və hakim “Vətəndaş müqaviləsi” fraksiyasının üzvləri ölkədəki hərbi-siyasi vəziyyəti müzakirə ediblər.

KONKRET.az İrəvanın “Joqovurd” qəzetinə istinadla xəbər verir ki, Paşinyan partiya yoldaşlarına Avropa və Rusiyadan gələn siqnallar və onların narahatlığı barədə danışıb.

“Bizə çatan məlumatlara görə, Dövlət Dumasının nümayəndələrinə bildirilib ki, dünyanın bir çox ölkələri (əsasən ABŞ və Avropa ölkələri) Ermənistanı sülh müqaviləsi imzalamağa çağırır və hətta müəyyən dərəcədə məcbur edir. Amma Avropadan fərqli olaraq, Rusiya bunu məsləhət görmür, çünki belə bir müqavilənin imzalanması “Qarabağdan imtina” demək olardı. İndi də Nikol Paşinyan dilemma qarşısındadır və nə edəcəyini bilmir”, – deyə nəşr yazıb.

Lakin “Vətəndaş müqaviləsi”nin deputatı Ovik Aqazaryan belə bir müzakirənin olmadığını bildirib.

“Sülh müqaviləsinə kağız parçası kimi baxmağı dayandırın. Sülh müqaviləsi imzalamaq və yaşamaq üçün sənəd deyil. O, reallıqla üzləşməlidir. Torpaqlarımız işğal altında olanda biz necə sülh müqaviləsi bağlayaq. Mən həyatımda heç vaxt sülh müqaviləsi bağlamamışam, amma hesab edirəm ki, onun birinci bəndi belə olmalıdır: tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyır. Yəni onların ərazimizə daxil olmasına dözməliyik? Bu ola bilməz”, – deyə deputat bildirib.

Onun sözlərinə görə, ilk növbədə, “Azərbaycan qoşunlarının Ermənistan ərazisini tərk etməli”, sonra razılaşmadan danışmaq lazımdır.

Üstəlik, sərhədlər demarkasiya olunmayana qədər bu müqavilə bağlana bilməz”, – deyə deputat bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*