“Kim Kardaşyan beynəlxalq səviyyədə statusu olan əxlaqsız xanımdır” – Şeyxbackend

“Kim Kardaşyan beynəlxalq səviyyədə statusu olan əxlaqsız xanımdır" - Şeyx

İyulun 12-dən- Tovuzda baş verən düşmən təxribatından etibarən təkcə cəbhədə deyil, digər sahələrdə də vuruşuruq. Düşmən isə həmişəki kimi yalan tarixləri ilə təbliğat aparır, dünyanı işğal etdikləri ərazilərin özlərinə aid olduğuna inandırmağa çalışırlar. Üstəlik bunu utanmadan, həyasızcasına həyata keçirirlər. Bu yaxınlarda növbəti şər-böhtan, uydurma təbliğatı erməni əsilli amerikalı fenomen Kim Kardaşyandan gəlib. O Qarabağın ermənilərə məxsus olduğunu söyləyib.Onun əsassız, özündə heç bir həqiqət payı ehtiva etməyən sözləri Azərbaycan xalqının qəzəbinə səbəb olub. Millətimiz birlik nümayiş etdirərək qısa müddətdə K.Kardaşyanın həmin paylaşımının silinməsinə nail olub.

KONKRET.az xəbər verir ki, “Sherg.az” məlum vəziyyətlə bağlı münasibətini öyrənmək üçün tanınmış kinorejissor, xalq artisti Şeyx Əbdül Mahmudovdan fikirlərini öyrənib.

– Ermənistan az qala bütün təxribatlarında, bütün olaylarda Kim Kardaşyan “kart”ından istifadə edir… Bunu da özlərinə şərəf bilirlər. Hətta Ermənistanın baş naziri Nikol Paşinyan bu porno ulduzla foto çəkdirib, paylaşıb…

-Əvvəla, Kim Kardaşyan rəsmi, beynəlxalq səviyyədə statusu olan əxlaqsız xanımdır. O dünyada və Amerikada bir neçə əxlaqsızxanalara rəhbərlik edir. Onun heç bir kino, aktrisalıqla əlaqəsi yoxdur. Təbliğ edirlər deyə camaat da onu kino, sənət kimi görür. Kardaşyan nə aktrisadır, nə də sənət adamı. İndi də Amerikaya gedib. Orada namizədliyini irəli sürəcək bir nəfərlə əlaqə yaradıb. Ona görə də Kim Kardayanın adını və “fəaliyyəti”ni kino, sənət və mədəniyyətlə bağlamaq olmaz. O, əxlaqsız, mənəviyyatsız qadındır. Sadəcə olaraq, pula xidmət edən satılan, ənənəvi olaraq satılmağa hazır olan erməni xanımıdır. Heç bir tarixi mövqeyi, statusu, yeri, yurdu olmayan növbəti erməni şantajıdır. Bunlar Rusiyanı, Pyotru xristian adı ilə aldadıb gül kimi Türk, Azərbaycan torpaqlarında özlərinə yer-yurd salıblar. İndi murdar, satqın , iyrənc şəkildə tarixdə olduğu kimi əxlaqsız qadınlarını qabağa verirlər. Bu haqda Marko Polo da , Əmir Teymur da, Marks da yazıb . Hətta Rəvanqulu xanın Şah İsmayıl Xətaiyə məktubunda da qeyd olunur. Erməni qadınları bu işdə peşəkardılar. Rusların qılığına girib, kişilərini başdan çıxara bilirlər.

– Bu yolla özlərinə dövlət də qurublar…

-Dünyada erməni adlı millət yoxdur. Ermənistan dövlətini yaradan Pyotr olub. Rus imperiyasının türk müsəlman dövlətləri arasında təhlükəsizliyini təmin etmək məqsədilə İraqdan, Mesopotomiyadan bizim ərazilərimizdə , Qarabağda yerləşdirdikləri təxribatçı tayfadır. Onlar özlərini hay adlandırır. Hay sözü mənəviyyatsız, qanundan kənar, zinadan doğulan adamlara deyilir. Bu da Makedoniyalı İsgəndər və Dara ilə bağlı tarixdir. Haylar xəyanət etdikləri üçün adları belə qalıb.

– Amma bunu qəbul etmək istəmirlər. Özlərini guya şanlı tarixə malik bir xalq kimi qələmə veririrlər…

-Erməni tarixçilərinin, ziyalılarının XVII- XX əsrlərdə yazdığı tarixi faktlar var. Birmənalı şəkildə deyirlər ki, biz xalq olaraq yoxuq, tayfa kimi böyük dövlətlərin içərisində yaşamışıq, onlardan sui-istifadə etmişik. Sonra ifşa olunaraq, qovulmuşuq. Bunu erməni tarixçiləri yazıb. Ukraynada yaşan tədqiqatçı, tarixçi erməni alimi var. O barışıq mövqeyindədir, bilir ki, Qərbi Azərbaycan özlərinə aid deyil. Bütün məsələləri tarixi faktlara istinadən danışır. Ermənilərin necə haqsız, gətirilmə, bu ərazilərlə əlaqəsiz, tayfa toplumu olduğunu efirdə deyir. Məsələn, mən də 15 gün əvvəl Qumilyovun, Belinskinin, Puşkinin, Tolstoyun adından Rusiya prezidentinə müraciət etdim.

– Maraqlıdır, nə yazdınız?

-Dedim ki, Cənab Putin, tarixi yaxşı bilmirsiniz. Yanınızda oturanlar hamısı başda Lavrov olmaqla erməni təbliğatçılarıdır. Həmin politoloqlar, şoumenlər, küçədə əxlaqsızlıqla məşğul olan erməni dığaları, fahişələri sizi çaşdırıb. Əlimizdə sənəd var, bunu heç kim inkar edə bilməz. Daşdan, qayadan keçən, sübut olunmuş faktdır, real sənədlərdir. 148 il bundan əvvəl Qərbi Azərbaycanı silah gücünə, üçüncü cəhddən sonra işğal etmisiniz. Gül kimi şəhərimizi, torpağımızı alıb erməni üçün dövlət yaratmısınız. Zəhmət çəkin indi geri qaytarın. O zaman erməni adlı dövlət olmayacaq. Onların da quyruq bulamaqlarına ehtiyac qalmayacaq. Sizə xəyanət edəcəklər, necə ki edirlər.

– Ən gülməlisi də öz uydurmalarına özlərinin inanmağıdır..

-Bəli, baxıram Paşinyan bizim möhtərəm Prezidentlə debatda Roma imperiyasından danışır, özündən erməni tarixi yazır. « Utanmasan oynamağa nə var? » Yetim quzu kimi hər yerə cumurlar. Erməninin başçısı deyir ki, Roma imperiyasına gəlib babamız filankəslə görüşdü, burda xristianlığın taleyini həll etdi. Bunlar artıq xəstədilər. Onları od töküb yandırmaq lazımdır. Çünki dünyanın əxlaqını, mənəviyyatını korlayırlar. Orda bizim möhtərəm prezidentimiz səbirlə, ağılla lazımi səviyyədə cavabını verirdi. Hətta Paşinyan özü dedi ki, Qarabağ Azərbaycanın ərazisidir. Dil çaşıb düzünü deyir. Bunlar həyasızdırlar, utanmırlar, çəkinmirlər. Çünki yetim küçədə qalan, min illərdir qoltuqlarda yaşayan, nökərlik edən əxlaqsız tayfa toplumudur. Özlərinə yalançı tarix düzəldiblər. Axı bunların bir dənə yazılı tarixi, mədəniyyəti, poeziyası , musiqisi yoxdur. Hamısı bizimdir! O Kardayandan soruşsunlar ki, türk deyilsənsə, ermənisənsə niyə dədənin, babanın adı qardaşdı? Ermənidə qardaş sözü var? Məsələ burasındadır.

– Sizcə bu çətin günlərdə nöqsanlarımız varmı? Varsa nələrdir?

-Əlimdə olsa, bizim bəzi Kütləvi İnformasiya Vasitələrini bağlayaram. « Ağızlarına su alıb oturublar », heç bir fəaliyyət göstərmirlər. Şapalaqla üz qızardırlar. Tarix qoyun ortalığa. Faktlar, sənədlər var. Özü də Azərbaycan dilində yazıları yığışdırın. Dünyanın başa düşdüyü dildə yazın. Bütün dünya bilir bunlar kimdir, sadəcə sübutlarla yalanlarını ifşa etmək lazımdır. Həm də bizim yazdığımız, çəkdiyimiz, göstərdiyimiz Biləcəridən o tərəfə keçmir. Heç kim baxmır! Amma erməni dünyanın bütün dillərində danışır, gecə-gündüz hər kəsi öz dilində aldatmaqla məşğuldur. İyirmiyə qədər erməni alimi, tarixçisi yazır ki, yalnız türk ərazilərində insan kimi yaşamışıq. Türkiyənin generalları olub, bank mudirləri, siyasət adamları olublar. İndi düşüblər ələ-ayağa ki, səhv eləmişik, aldanmışıq. Amma orda daşnaksütyun kimi xəyanətkar bir qrup erməni var. Ona görə aktiv surətdə müharibədən də daha üstün ideoloji təbliğatla məşğul olmalıyıq.

– Bəs ekstrasens Bayram Nurlunun Kardayana cavabı və bunun qarşılığında erməni səhifələrində məsxərəyə qoyulması barədə nə deyə bilərsiniz ?

-Ən böyük faciəmiz bundadır. Şəxsən ailə üzvlərim və mən Kardaşyanın cavabını dediyim səpkidə vermişik. Bayram Nurluları efirə çıxartmaq, xalqın adından danışdırmaq millətimizin əxlaqına, ideologiyasına xəyanətdir. Heç bir halda belə amorf, mahiyyətsiz cəmiyyətdə qəbul olunmayan insanları efirə buraxmaq olmaz. Əksinə düşmənə imkan verib, şərait yaradırıq, onlar da bizə gülür. O uşaq yoldan çıxmış, azmış bədbəxt insandır. O kimdir ki, onu qabağa verirsiniz? « Düşmənin dəyirmanına su tökürsünüz ». Hanı sənin tarixçin, akademiklərin,professorların. Haradadır Milli Elmlər Akademiyası ? Qoca-qoca akademiklər də cəsarət edib bir kəlmə danışmır. Niyə bəyanət vermirlər, çıxış etmirlər, dünyanı ayağa qaldırmırlar? Niyə gözləyirlər hər şeyi cənab Prezident təkbaşına eləsin? Bir də Azərbaycanda aldanmış kəvakibləri var.

– Onlar kimlərdir?

– Cavan uşaqlardır, biri özünə cəbhəçi, biri müsavatçı, biri də bloqer deyir. Onlar üçün ayıb deyil? Bunlar xaricdə oturub, ölkəmizə təhqiramiz ifadələr yağdırırlar. Bunların əxlaqı, mənəviyyatı, atası, anası yoxdurmu? Ayıb olsun! Kişisinizsə, vətən, xalq adlı marağınız varsa, gəlin həmrəylik yaradın. Onların hər birinə səslənirəm : «Yığışdırın özünüzü, ananız , bacınız var ». Utanıb yerə girmirsiz? Niyə onların ağsaqqalı, dədəsi, anası demir ki, ayıbdır? Azərbaycan xalqı adına onlara lənət yağdırıram. Xalqın tarixi, mənəviyyatı ağsaqqalı, ədəbi, namusu, qeyrəti var. Niyə bu dəyərləri 5-3 manata satırsınız? Həm bir ağsaqqal, həm də bir şeyx kimi onlara səslənirəm : « Təcili surətdə söyüşləri dayandırın. Siyasi, ideoloji mübarizə aparırsınız, aparın. Yoxsa təhqir, söyüş nədir? Biabrçılıq rüsvayçılıq ». Biz müsəlmanıq. Bu nə işdir? Kimdir bunlar ? Bu dünya belə davam etməyəcək ki… ?!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*