Deputat Spiros Bibilasın Yunanıstan parlamentində çıxışı sosial mediada həm siyasətçilər, həm də istifadəçilər tərəfindən böyük rəğbətlə qarşılanıb.
KONKRET.az xəbər verir ki, müxalifət blokundan olan siyasətçi eynicinsli nikahların tanınmasını nəzərdə tutan qanun layihəsini dəstəkləyən çıxışı ilə gündəmə gəlib. Bibilasın çıxışı həm parlamentdəki siyasətçilər, həm də hökumət skamyaları tərəfindən uzun sürən alqışlarla qarşılanıb.
Sessiyada kürsüyə çıxan Bibilas çıxışında uzun illər gey olduğunu və bunu məcbur şəkildə gizlətdiyini deyib.

Bibilas sözünü belə davam etdirib: “Şəxsi həyatımla bağlı bir etiraf etməli olacam. 50-ci illərdə adi orta səviyyəli bir ailədə anadan olmuşam. Mən çox gənc yaşlarımdan bir şeydə digər insanlardan fərqlənirdim. Mən qadın olduğumu başa düşmüşdüm. Soruşa bilərsiniz ki, bəs bunu necə anlamışdım? Uşaqlıqdan Qədim Yunanıstana heyran olmuşam və muzeylərdə özümü qadın heykəllərində tapmışam. Mən kişi heykəllərinə tamahla baxırdım”.
Bibilas çıxışında daha sonra deyib: “Hər şeyi gizlətməli idim, gizli ağlayırdım, bundan utanırdım və hətta ailəmə deyə bilmirdim. İntrovert, şeir yazan melanxolik uşaq oldum. Amma böyüdüm. İndi mənim dəyərli ailəm var. Həyatda özümə gözəl yoldaşlar qazandım. Nəhayət 68 yaşımda kiminlə yaşamaq istədiyimi söyləmək imkanı qazandım. Son nəticədə hamımız insanıq”.
Bibilasın bu sözləri böyük alqışlarla qarşılanıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az
