Kişilər piylənmədən daha çox əziyyət çəkir – SƏBƏBbackend

Kişilər piylənmədən daha çox əziyyət çəkir - SƏBƏB

York Universitetinin alimləri kişilərdə piylənmə ilə əlaqəli xəstəliklərin, o cümlədən ürək-damar xəstəliklərinin, insulin müqavimətinin və şəkərli diabet xəstəliyinin qadınlara nisbətən daha çox inkişaf etdiyini bildiriblər.

KONKRET.az xəbər verir ki, bununla bağlı tədqiqat “iScience” jurnalında dərc edilib.

Məlumata görə, alimlər erkək və dişi siçanların piy toxumasındakı qan damarlarının hüceyrələrində fərqlər olduğunu aşkar ediblər. Endotel adlanan hüceyrələr yeni qan damarlarının formalaşmasında iştirak edir. Alimlər araşdırma zamanı dişi və erkək siçanlarda yeni qan damarlarının böyüməsi ilə əlaqəli genləri müəyyən ediblər. Onlar bu genlərin dişilərdə daha aktiv olduğunu qeyd ediblər.

Artıq çəkidən əziyyət çəkən kişilərdə endotel hüceyrələri yağlı qidalara daha çox reaksiya verir. Tədqiqatın müəllifi Tara Haas bidirib ki, kişi və qadının endotel hüceyrələri tamamilə fərqli davranır.

Alimlər onu da qeyd ediblər ki, insanlar və gəmiricilər arasında fərqlər olmasına baxmayaraq, ümumi nəticələr insanlara da aid ola bilər. Tədqiqatçılar vurğulayıb ki, qeyd olunan fərqə görə kişilər üçün nəzərdə tutulan müalicələr qadınlara kömək etməyə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*