Danışmaq adı ilə telefonu alıb qaçdıbackend

Danışmaq adı ilə telefonu alıb qaçdı

Bakının Səbail rayonunda soyğunçuluq hadisəsi qeydə alınıb.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Hadisə zamanı naməlum şəxslərdən biri zərərçəkənin diqqətini yayındırıb, digər şəxs isə mobil telefonu danışmaq adı ilə götürərək hadisə yerindən uzaqlaşıb.

Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən, Ş.Bağırov və Z.Məmmədov müəyyən edilərək saxlanılıblar.

Araşdırmalarla onların oğurladıqları mobil telefonu satdıqları müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*