Xalq artisti ağır durumda…backend

Xalq artisti ağır durumda...

“Səhhətim heç ürəkaçan deyil. Əvvəlki kimi gücüm, qüvvətim yoxdur. Müalicəm hələ də davam edir. Düz bir il yarımdır ki, xəstəlikdən əziyyət çəkirəm”.

KONKRET.az xəbər verir ki, bunu “Yeni Sabah”a Xalq artisti Fatma Mahmudova deyib.

O, uzun fasilədən sonra iki tamaşada rol alacağını bildirib:

“Azərbaycan Dövlət Akademik Musiqili Teatrında rol alacağım iki tamaşanın məşqləri gedir. Çoxdandır səhnəyə çıxmırdım. May ayının 1-i “Ər və arvad” tamaşasında epizodik rolum olacaq. Ayın 3-də isə Məmməd Səid Ordubadinin əsəri əsasında hazırlanan “Beş manatlıq gəlin” tamaşası ilə səhnəyə çıxacam”.

Xalq artisti səhhəti və müalicə prosesi ilə bağlı Heydər Əliyev Fonduna müraciət edəcəyini deyib:

“Dərmanlarım çox bahadır. Heç bir köməyim yoxdur. Aldığım maaş və təqaüdlə dolanıram. Çox şükür edirəm ki, iki balam yanımdadır. Yaxşı dost-tanışlarım yanımdadır. Dost-tanış da nə qədər gəlsin yanıma? Hamının işi-gücü var. Heç kəsdən incimirəm. Dövlətim yanımdadır. Allah Ulu Öndərə rəhmət etsin.

Gərək nə qədər qazanasan ki, bu vəziyyətdən çıxa biləsən. Heç nəyi çatdırmaq olmur. Bunun yeməyi, içməyi, həkimi, müalicəsi var. Dərmanlar da od qiymətinədir. Ala bildinsə, yaşayırsan, yoxsa ölürsən.

Heydər Əliyev Fonduna müraciət etmək fikrim var. Ümid edirəm ki, mənə dəstək olarlar. 57 ildir səhnədəyəm. Milli orduda, Daxili Qoşunların səngərlərində xidmətlərim olub. Ümid edirəm ki, bütün bunlar nəzərə alınacaq”.

Qeyd edək ki, Fatma Mahmudova ötən ilin yanvarında insult keçirmişdi. O, “İstanbul NS” klinikasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. May ayında isə sənətçinin qolu sınmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*