Kişilər uduzdu, qadın şahmatçılarımızdan heç-heçəbackend

Kişilər uduzdu, qadın şahmatçılarımızdan heç-heçə

Oktyabrın 30-da Batumidə keçirilən kişi və qadın şahmatçılardan ibarət komandalar arasında Avropa çempionatının 6-cı turunun oyunları keçirilib.

KONKRET.AZ Azvision.az-a istinadən xəbər verir ki, qadın yığmamızın Rusiya komandası ilə qarşılaşması heç-heçə başa çatıb. Kişi şahmatçılarımız isə Almaniya yığmasına uduzublar.

Qeyd edək ki, ötən turlarda qadınlardan ibarət komandamız 4 qələbə qazanıb, 1 dəfə məğlub olub. Kişi şahmatçılarımız isə 5 turun 3-nü qələbə, 1-ni heç-heçə ilə başa vurub, bir qarşılaşmada məğlub olublar.

Altı turun yekununa görə, qadın yığmamız 9 xalla üçüncü pillədə qərarlaşıb. Kişi şahmatçılarımız isə 7 xalla onuncu yerdədirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*