Kiyev yaxınlığında rus ordusunun məğlubiyyəti QAÇILMAZ İDİ – Keçmiş vaqnerçibackend

Kiyev yaxınlığında rus ordusunun məğlubiyyəti QAÇILMAZ İDİ - Keçmiş vaqnerçi

“Kiyev yaxınlığında rus ordusunun məğlubiyyəti qaçılmaz idi”.

KONKRET.az xəbər verir ki, bunu keçmiş vaqnerçi Marat Qabidullin Reuters agentliyinə müsahibəsində deyib.

Qabidullin bildirib ki, o, Rusiya qüvvələrinin tapşırığın öhdəsindən gələ bilməyəcəyini bildiyi üçün Ukraynaya getməkdən imtina edib.

“Onlar gözləmirdilər ki, Ukrayna hərbçiləri bu qədər şiddətli müqavimət göstərəcək və əsl ordu ilə qarşılaşacaqlar”, – deyə Qabidullin bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfində danışdığı adamlar yaxşı təlim keçmiş ordu ilə deyil, nizamsız könüllülərlə döyüşməyə hazırlaşırmış.

“Mən onlara bunun səhv fikir olduğunu dedim”, – keçmiş vaqnerçi deyir.

Qabidullin 2019-cu ildə bədnam Vaqner qrupunu tərk edib, lakin müharibə başlamazdan bir müddət əvvəl onu yenidən üzvlüyə götürməyə çalışıblar.

Muzdlu əsgər Vaqner-in daxili işlərindən və Suriyadakı döyüşlərdən bəhs edən “Bir çayda iki dəfə” kitabını yazdıqdan sonra məşhurlaşıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*