Kiyevdə 450 min ev işıqsız qaldıbackend

Kiyevdə 450 min ev işıqsız qaldı

“Ukrayna paytaxtı Kiyevdə 450 min ev işıqsız qalıb”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Kiyevin meri Vitaliy Kliçko açıqlayıb.

O bildirib ki, bu, əvvəlki günlər olduğundan 1,5 dəfə çoxdur.

Onun fikrincə, elektrik enerjisinin kəsilməsi ölkənin enerji sisteminin mərkəzi qovşağının həddən artıq yüklənməsi səbəbindən baş verir.

Kliçko paytaxt sakinlərini maksimum dərəcədə elektrik enerjisinə qənaət etməyə çağırıb.

Qeyd edək ki, Rusiyanın mütəmadi olaraq Ukrayna ərazisini atəşə tutması nəticəsində ölkə üzrə bir neçə infrastruktur obyekti zədələnib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*