Kiyevə dəstək məqsədilə “Trampdan qorunmaq” planı işə düşürbackend

Kiyevə dəstək məqsədilə “Trampdan qorunmaq” planı işə düşür

NATO müttəfiqləri vəzifəsini tərk edəcək baş katib Yens Stoltenberqdən bu həftə Ukraynaya 100 milyard avro yardım planının daha aydın şəkildə təqdimatını tələb ediblər.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.

Qeyd edilib ki, Donald Trampın noyabrda yenidən ABŞ prezidenti seçiləcəyi ehtimalı alyans üzvlərini Kiyevə maliyyə dəstəyini tezləşdirmək və “Trampdan qorunmaq” planını işə salmaq məcburiyyətində qoyub.

Hətta Ukraynanın ən yaxın Şərqi Avropa müttəfiqlərindən bəziləri plana qarşı daha soyuqqanlı yanaşaraq, NATO liderlərinin iyulda bu qədər böyük pulun haradan və necə toplanacağını sorğulamağa başlayıblar.

Adının çəkilməsini istəməyən Şərqi Avropa rəsmisi “plan bir az qarışıqdır” deyib. O, əlavə edib ki, ölkələr NATO xarici işlər nazirlərinin Praqa görüşündə Stoltenberqin məsələyə aydınlıq gətirəcəyini gözləyirlər.

Nəşr yazır ki, “NATO-nun “avropalı ağır çəkililəri” – Almaniya və Fransanın bu planı dəstəkləyib-dəstəkləməyəcəyini hələ məlum deyil. Paris müdafiə xərclərini NATO deyil, Avropa İttifaqı çərçivəsində saxlamağa üstünlük verir, kansler Olaf Şolts isə ayrılan məbləğdən artıq vəsait xərcləmək istəmir.

Ukraynaya dost ölkədən olan başqa məmur 100 milyard avro məbləğinə yenidən baxılacağı təqdirdə təəccüblənməyəcəyini bildirib. Lakin o, əlavə edib ki, müttəfiqlər Kiyevə konkret dəstək göstərmək üçün yollar tapmalı olacaqlar.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*