Kiyevin mərkəzində Putinə “Özünü vur” adlı heykəl qoyuldu – FOTO/VİDEObackend

Kiyevin mərkəzində Putinə "Özünü vur" adlı heykəl qoyuldu - FOTO/VİDEO

Kiyevin mərkəzində Rusiya Prezidenti Vladimir Putinə “Özünü vur” mesajının yer aldığı müvəqqəti heykəltəraşlıq instalyasiyası quraşdırılıb.

KONKRET.az xəbər verir ki, əsərin müəllifi abidələr, park heykəlləri və dəzgah əsərləri yaradan heykəltəraş Dmitri İvdir. O, bu barədə Facebook-da video paylaşıb.

“Abidə”də Üçüncü Reyxin lideri Adolf Hitlerə, ondan nümunə götürməyin vaxtı gəldiyinə işarə edilir. Hitler bütün planlarının iflasa uğradığını anlayaraq bunkerində özünü güllələyib. Ukrayna Silahlı Qüvvələri döyüş meydanında işğalçıya rəşadətlə zərbə endirərkən Rusiya Prezidenti Vladimir Putin bunkerdə oturub. Putinə də oxşar çıxış yolu təklif edilib”, -deyə o qeyd edib.

“Deməli, putler! Müharibə cinayətkarı kimi sənin iki yolun var. Birincisi, məhkəməyə getmək, ikincisi… Yaxşı, ipucu aldın”, – Dmitri İv əlavə edib.
Ukraynanın Xüsusi Rabitə və İnformasiya Mühafizəsi üzrə Dövlət Xidməti öz Telegram kanalında qeyd edib: “Ümid edirik ki, o, bunu edəcək”.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*