Köhnə divanı təmirə göndərdi – İçindən GÖRÜN NƏ ÇIXDI – FOTObackend

Köhnə divanı təmirə göndərdi - İçindən GÖRÜN NƏ ÇIXDI - FOTO

Türkiyənin Niğdə şəhərində təmirçiyə göndərilən divanın üzlüyündə 110 min lirə dəyərində qızıl tapılıb. 

KONKRET.az “TRT Haber”ə istinadən xəbər verir ki, Niğdənin mərkəzində yaşayan bir şəxs köhnə divanlarının təmiri üçün ustaya aparıb.

Divanı sökən usta Sərkan Sevenk iki qutunun içində təxminən 110 min lirə dəyərində 18 ədəd qızıl tapıb.

Usta divan sahibini iş yerinə çağırıb və qızılları ona qaytarıb.

“İnsanlara bu qızılı yığmaq nə qədər çətindir. Allah bizə haram yedirməsin. Biz insanlıq borcumuzu yerinə yetirmişik”, – usta bildirib.

Divan sahibi isə qızılları unutduqlarını deyib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*