Kolumbiya Prezidentinin oğlu həbs edildi – “Bir ata olaraq oğlumun həbsi məni ağrıdır”backend

Kolumbiya Prezidentinin oğlu həbs edildi - “Bir ata olaraq oğlumun həbsi məni ağrıdır

Kolumbiya prezidenti Qustavo Petronun oğlu Nikolas Petro 2022-ci il seçki kampaniyası zamanı narkotik alverçilərindən topladığı iddia edilən vəsaitlə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb.

KONKRET.az “The Guardian”a istinadən xəbər verir ki, Kolumbiyanın siyasi nərdivanını korrupsiya ilə mübarizə aparan şəxs kimi yüksəlmiş keçmiş üsyançı prezident Qustavo Petro istintaqa qarışmayacağını bildirib.

“Bir insan və bir ata olaraq oğlumdan birinin həbsə getdiyini görmək məni ağrıdır. Respublika Prezidenti kimi mən Baş Prokurorluğu əmin etdim ki, qanuna uyğun hərəkət edin. Oğlum isə qanun çərçivəsində öz hüquqlarını qorumalıdır”, – deyə Kolumbiya prezidenti , Twitter-də yazıb.

İstintaq Nikolas Petronun keçmiş həyat yoldaşı Daisuris del Karmen Vaskesin ifadələrinə əsaslanır.
İfadələrində Vaskes deyib ki, əri Vaşinqtonda narkotik alverinə görə məhkum edilmiş və siyasi karyerasına yenidən başlamaq üçün bir siyasətçidən 600 milyon pesodan çox ianə toplanmasını təşkil edən görüşlərdə iştirak edib.
Nikolas Petro keçmiş arvadının iddialarını rədd edib və onları əsassız adlandırıb.

Prokurorlar açıqlamasında bildiriblər ki, Nikolas Petro və onun keçmiş həyat yoldaşı şənbə günü yerli vaxtla səhər saat 6 radələrində Boqota məhkəməsinin qərarı ilə nəzarətə götürülüb. Həmçinin bildirilib ki, prokurorlar onların barəsində həbs qətimkan tədbiri seçəcəklər.

Qeyd edək ki, Kolumbiyanın vahid solçularının namizədi Qustavo Petro 2022-ci ilin iyununda rəsmi olaraq respublikanın prezidenti seçilib.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*