Kolumbiyada 8 tondan çox narkotik maddə olan kokain ələ keçirilib.
KONKRET.az CNN-ə istinadən xəbər verir ki, bu barədə Kolumbiya prezidenti Qustavo Petro özünün “X” sosial hesabında yazıb: “Polis Buenaventura limanında 8,2 ton kokain müsadirə edib. Bu, Kolumbiya tarixindəki ən böyük kokain müsadirələrindən biridir. Bu ay xüsusi əməliyyatlar nəticəsində ümumilikdə 24 ton narkotik ələ keçirilib”. Prezidentin yaydığı kadrlarda torpaq kisələrində kokain əks olunub.
Vəli Həsənoğlu,
KONKRET.az