Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri açıqlanıb.
KONKRET.az informasiya portalı Medianın İnkişafı Agentliyi tərəfindən keçirilən müsabiqənin qalibi olub.
Xatırladaq ki, Medianın İnkişafı Agentliyi onlayn media subyektlərinin inkişafı, onların iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə müsabiqə təşkil edir.
KONKRET.az olaraq müsabiqədə qalib gələn bütün media subyektlərini təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

