Koronavirus bu ölkəyə də çatdıbackend

Koronavirus bu ölkəyə də çatdı

Cənubi Sudanda koronavirusa ilk yoluxma aşkarlanıb.

KONKRET.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Eye Radio” radiostansiyası ölkənin vitse-prezidenti Riek Maşara istinadən məlumat yayıb.

Qeyd edilir ki, virusa 29 yaşlı şəxs yoluxub. O, BMT əməkdaşıdır. Həmin şəxs ölkəyə fevralın 29-da Niderlanddan gəlib.

Son məlumatlara görə, dünyada 1 200 319 nəfərin COVID-19 testləri pozitiv nəticələnib, 64 667 ölüm faktı qeydə alınıb, sağalanların sayı isə 246 174 nəfərə çatıb.

Koronavirus ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-u pandemiya elan edib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*