Koronavirus insan həyatını 16 il geri atır – Alimlər təsbit edib ki…backend

Koronavirus insan həyatını 16 il geri atır - Alimlər təsbit edib ki...

Alimlər SARS-CoV-2 koronavirus pandemiyasının insan həyatına mənfi təsirini öyrənməyə çalışıblar.

KONKRET.az xəbər verir ki, alimlərin hesablamalarına görə, orta hesabla, koronavirus insan həyatını 16 il geri atır. Koronavirusa görə dünya miqyasında itkilərin sayı hər il artır. Bu barədə Scientific Reports-da dərc olunan məqalədə bildirilir.

Tədqiqatçılar 81 ölkədə COVID-19-dan ölənlərin ümumi sayına və ömür uzunluğuna dair məlumatları təhlil ediblər. Elmi araşdırmalarda ölüm sayı ilə bağlı əsaslandırılmış proqnozlar da xüsusi yer tutur.

Məlum olduğu kimi, bütün itirilmiş ömür illərinin 44.9 faizi 55-75 yaş arası insanlarda, 30.2 faizi 55 yaşınadək insanlar və 25 faiz 75 yaşdan yuxarı insanlardadır. Bu rəqəm kişilərdə qadınlara nisbətən 44 faiz daha yüksəkdir.

Alimlər təsbit ediblər ki, COVID-19-dan dünyasını dəyişənlərin sayı mövsümi qripdən ölənlərdən 2-9 dəfə, ürək-damar xəstəliklərindən 2-4 dəfə azdır.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*