Koronavirus interneti də “vurdu”: “YouTube”…backend

Koronavirus interneti də “vurdu”: “YouTube”...

Koronavirus Avropada internetin sürətinə də təsir edir.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, pandemiya səbəbindən Avropa Birliyində bir çox işlər evdən internet vasitəsilə görüldüyü üçün sürət aşağı düşüb.

Bu səbəbdən “Alphabet INC” “YouTube” platformasına videoların keyfiyyətinin aşağı salınması ilə bağlı xəbərdarlıq edib. Çünki videolar internet trafikinin əhəmiyyətli hissəsini təşkil edir.

Qeyd edək ki, anoloji addımı daha əvvəl “Netflix” şirkəti də atıb. Artıq bu platforma yüksək keyfiyyətli (HD və UHD) videoların nümayişini dayandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*