
Qazaxıstanın Alma-Atı şəhərində koronavirusa görə guya intihar edən yerli sakin həbs olunub.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Qazaxıstan vətəndaşı dostlarına göndərdiyi videoda infeksiyaya yoluxduğuna görə intihar edəcəyini açıqlaması səbəbilə şəhər polisi tərəfindən saxlanılıb.
Polisə verdiyi izahatda o bildirib ki, dostları ilə zarafat etmək istəyib. Sosial şəbəkələrdə videonun paylaşılmasından isə xəbəri olmayıb.
O, bütün Qazaxıstan xalqından bu hərəkətinə görə üzr istəyib. “Mən axmaq bir hərəkət etmişəm”, – deyə saxlanılan şəxs bildirib.
