Xalq artisti Sabir Əliyev koronavirus infeksiyasına yoluxub.
KONKRET.az xəbər verir ki, xanəndənin səhhəti bu günlərdə daha da ağırlaşıb.
Ailəsi bildirib ki, S.Əliyev hazırda Kürdəxanı qəsəbəsində xəstəxanalardan birinə yerləşdirilib.
Onlar müalicənin yaxşı aparılmadığından xanəndənin səhhətinin daha da pisləşdiyini deyiblər.
“Lazımi qurumlardan Sabir Əliyevin daha yaxşı xəstəxanaya yerləşdirilməsinə kömək edilməsini xahiş edirik”,- deyə, ifaçının yaxınları bildirib./axşam.az/
Çox pis xəbərdi.Səsinin,avazının 10 yaşımdan vurğunuyamArtıq 44 ildi onun ifasını dinləmədən ötüşmürəm.Sabir bəyin məlahətli,şaqraq,bir az da kədərli səsi,ifası unudulmazdı.Sabir bəy bizim qazancımızdı.Əsl toylar kralıdı.Ona can sağlığı arzu edirəm.Dualarım Sizinlədi,əzizim Sabir bəy.Amin.