Koronavirusdan sağalanların sayı 70 milyonu ötdübackend

Koronavirusdan sağalanların sayı 70 milyonu ötdü

Pandemiyanın başlanğıcından bəri dünyada 2 086 159 nəfər koronavirusdan ölüb. Bu isə o deməkdir ki, virusa yoluxanların 3 %-i dünyasını dəyişib.

KONKRET.az “Worldometers”ə istinadən xəbər verir ki, ötən gün rekord sayda – 17 350 nəfər pandemiyanın qurbanı olub.

İndiyədək dünyada 97 422 123 nəfərə COVID-19 diaqnozu qoyulub. Onların böyük hissəsi – 70 002 166 nəfəri sağalsa da, virusun yayılması səngiməyib. Hazırda dünyada aktiv xəstələrin sayı 25 333 798 nəfərdir.

İndiyədək ən çox yoluxma halı yanvarın 8-də qeydə alınıb – 839 342 nəfər.

Koronavirusla əlaqədar xəstəxanaya yerləşdirilən 111 962 pasiyentin vəziyyəti kritikdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*