Koronavirusla bağlı daha bir açıqlama – DTX-nın sabiq işçisi danışdıbackend

Koronavirusla bağlı daha bir açıqlama - DTX-nın sabiq işçisi danışdı

İlham İsmayıl, təhlükəsizlik üzrə ekspert

İlham İsmayıl: “ABŞ koronavirusun yaratdığı iqtisadi vəziyyətdən yararlanmağa çalışır”

Dünya supergücləri arasından uzun illərdir səngimək bilməyən soyuq müharibələr müxtəlif formalarda cərəyan edir. Qloballaşan dünyada böyük dövlətlər əsasən iqtisadi və siyasi sferada qalib olmağa, eləcə də  informasiya müharibəsini qazanmağa can atırlar. Bunun üçün isə bütün mümkün olan və olmayan vasitələrdən istifadə etməyə çalışırlar. Necə deyərlər “Qalib olmaq üçün bütün vasitələr keçərlidir”. Elə bu səbəbdəndir ki, dünyanın qorxulu kabusuna çevrilən və əsl təhlükə mənbəyi olan koronavirusu “Soyuq müharibə”nin tərkib hissəsi adlandıranlar da az deyil. Bu ölümcül virusun əsasən ABŞ-ın düşmən münasibətdə olduğu Çin və İran kimi dövlətlərdə geniş yayılması, təhlükənin məhz okeanın o tayından gəldiyini düşünməyə müəyyən əsaslar verir.

Görəsən doğurdanmı koronavirus ABŞ tərəfindən düşmən ölkələri məhv etmək üçün göndərilən bir bəladır?

KONKRET.az mövzunun aktuallığını nəzərə alaraq bu sualla Təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıla müraciət ediib. Ekspert ABŞ-ın belə bir addım atacağına inanmadığını deyib: “Çünki bu cür addımlar tarixin müəyyən mərhələlərində üzə çıxır. Belə olan təqdirdə isə ABŞ kimi nəhəng dövlətin adına zərər gəlməsi mümkündür. Koronavirus konkret dövlətlərə deyil, insanlığa qarşı yönələn böyük bir təhlükədir. Donald Tramp Çin və digər gərgin münasibətlərin olduğu ölkələrlə isə məsələni gömrük qərarları və sanksiyaların tətbiqi  fonunda həll edir”.

İlham İsmayılın sözlərinə görə, koronavirus təhlükəsi ABŞ-ın özündə də mövcuddur: “Artıq ABŞ-da da virus təhlükəsi ilə bağlı ciddi təhlükə yaranmaqdadır. Heç kim bunun ABŞ Xüsusi Xidmət Orqanları tərəfindən yayılan bir təhlükə olduğunu deyə bilməz. Sadəcə ABŞ koronavirusun yaratdığı iqtisadi vəziyyətdən yararlanmağa çalışır. Bu gün mövcud təhlükəyə görə, neftin qiyməti aşağı düşür. Bu isə İran kimi neftlə yaşayan ölkələrin iqtisadiyyatına ciddi zərbə vurur. Çinin ticari dövriyyəsi zəiifləyir. Amerikanın dünyadakı nüfuzu isə bir az da artır. Bütün bunlar isə  fəsaddan yararlanmaq üçün ABŞ-a böyük imkanlar yaradır. Amma təhlükənin özünün ABŞ tərəfindən dünyaya ötürülməsi fikiri absurddur. Çünki bu məxfiliklər açılsa, o zaman ABŞ kimi nəhəng dövlətin imicinə böyük zərbə vura bilər”.

Keçmiş DTX-a zabiti əlavə edib ki, koronavirus dünyaya 1967-ci ildən bəllidir: “Sadəcə olaraq virusun alovlanması günümüzə təsadüf edib. Bu, bir bəladır və dünyanın siyasi sferasını müəyyənləşdirən şəxslərə mesajdır. Yəni siyasətçilər müharibələr aparıb, ərazilər işğal etmək əvəzinə, təhlükə mənbəyinə çevrilən koronavirusla mübarizə aparmalıdırlar”.

 

  Müşviq Tofiqoğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*