Koronavirusun müalicə və profilaktikasında bu dərmanlardan istifadə olunurbackend

Koronavirusun müalicə və profilaktikasında bu dərmanlardan istifadə olunur

KONKRET.az xəbər verir ki, Rusiyanın Səhiyyə Nazirliyi koronavirusun müalicə və profilaktikasında istifadə ediləcək dərmanların adlarını açıqlayıb.

“Umifenovir, remdesivir, favipiravir yeni növ koronavirusun müalicəsində qəbul edilə bilər. SARS-CoV və MERSCoV koronaviruslarının yaratdığı atipik pnevmoniya zamanı böyüklərin istifadə edə biləcəyi dərmanlara isə lopinavir+ritonavir, xloroxin, hidroksixloroxin, interferon preparatları aiddir”, – nazirliyin sənədində qeyd edilir.

Eyni zamanda, bu günə qədər olan məlumatların dərmanların effektivliyi barədə birmənalı nəticə çıxarmaq üçün kifayət etmədiyi də vurğulanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*