“Koronavirusun yayılmasının pik həddi…” – Putin Rusiyadakı durumdan danışdıbackend

"Koronavirusun yayılmasının pik həddi..." - Putin Rusiyadakı durumdan danışdı

“Rusiyada yeni tip koronavirusun yayılmasının pik həddi hələ keçilməyib”.

TASS-ın xəbərinə görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Avrasiya İqtisadi Birliyinin Ali Şurasının bu gün onlayn formatda keçirilən iclasında deyib.

“Biz sanitar-epidemioloji vəziyyəti diqqətlə izləyirik, zəruri profilaktik və digər tədbirləri görürük”, – deyə Rusiya lideri bildirib.

V.Putin həmçinin, ölkənin bir çox regionlarında koronavirusun yayılması tempinin aşağı salınması üçün özünütəcrid rejiminin qüvvədə olduğunu bildirib.

O qeyd edib ki, ehtiyac yaranacağı təqdirdə Müdafiə Nazirliyinin hospitalları koronaviruslu xəstələrin qəbulu üçün açılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*