AB-nin genişlənmə üzrə komissarı Marta Kos Bolqarıstanın xarici işlər naziri Velislava Petrova-Çamova ilə Cənubi Qafqaz vasitəsilə Avropa və Asiyanın əlaqəsini müzakirə ediblər.
KONKRET.az xəbər verir ki, bu barədə M.Kos X səhifəsində yazıb.
“Biz Bolqarıstanın Türkiyə və Cənubi Qafqaz vasitəsilə Avropa ilə Asiyanı birləşdirən mühüm rolunu müzakirə etdik. Bolqarıstan AB-nin genişlənmə prosesinin təşviqində mühüm rol oynayır. Namizəd ölkələrə Avropa Birliyinə üzv olmaq üçün necə kömək edəcəyimizi müzakirə etdik”,- o bildirib.
