Kosmetika şirkətlərindən müharibə xahişi: Müraciət edildibackend

Kosmetika şirkətlərindən müharibə xahişi: Müraciət edildi

“L’Oreal” qlobal brendinin rəhbərlik etdiyi Avropadan olan kosmetika şirkətləri Avropa İttifaqından (Aİ) onları ABŞ-la ticarət müharibəsinə sürükləməməyi xahiş ediblər.

KONKRET.az “APA”ya istinadən xəbər verir ki, bu barədə martın 23-də “Financial Times” (FT) məlumat yayıb.

“Bizi ticarət müharibəsindən kənarda saxlayın, iqtisadiyyata gətirdiklərimizdən həzz alın və ehtiyac olmayan yerdə yanğınlar törətməyin”, – deyə qəzet “Nivea”nın sahibi olan “Beiersdorf” şirkətinin baş direktoru Vinsent Uornerdən sitat gətirib.

Uorner bildirib ki, Aİ-nin kosmetik məhsulları ABŞ-ın rüsumlarına qarşı cavab tədbirləri üçün hədəflər siyahısına daxil etməsi Avropanın bazar payına zərbə vuracaq.

Qəzet “L’Oreal”ın baş direktoru Nikolas Hieronimus isə məsələ ilə bağlı açıqlaması zamanı bunları deyib:

“Brüsseldə görüşdüyüm insanlardan yeganə xahişim ticarət balansına baxmaq və qazanmaqdan çox itirəcəyimiz kateqoriyaya qırmızı bayraq qoymamaqdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*