Kosovodakı NATO Qüvvələri: “Sabitliyə təhlükə yaranarsa, müdaxilə etməyə hazırıq”backend

Kosovodakı NATO Qüvvələri: "Sabitliyə təhlükə yaranarsa, müdaxilə etməyə hazırıq"

“NATO-nun rəhbərlik etdiyi KFOR missiyası vəziyyəti yaxından izləyir və BMT Təhlükəsizlik Şurasının 1999-cu il tarixli 1244 saylı qətnaməsinə uyğun olaraq sabitliyə təhlükə yaranarsa, müdaxilə etməyə hazırdır.  NATO-nun rəhbərlik etdiyi KFOR missiyamız bütün Kosovo xalqı üçün təhlükəsiz mühit və hərəkət azadlığını təmin etməkdir”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə NATO-nun Kosovo Qüvvələri (KFOR) açıqlama yayıb.

Bəyanatda həmçinin bildirilir ki, NATO dialoq vasitəsilə Priştina və Belqrad arasında normallaşma prosesini tam dəstəkləməyə davam edir və bütün tərəfləri danışıqları davam etdirməyə çağırır:

“İnsan hüquqlarına və demokratik dəyərlərə hörmət edilmədən Balkanlarda daha yaxşı gələcəyə heç bir real ümid olmayacaq. Konstruktiv dialoq regional sabitliyin açarıdır. KFOR Kosovoda BMT mandatına uyğun olaraq bütün lazımi tədbirləri görəcək”.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*