“Türkiyə regional supergücdür. Ankara ilə mümkün olan ən yaxşı əlaqələrə sahib olmaq bizim üçün çox vacibdir”.
KONKRET.az xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksander Vuçiç deyib.
O bildirib ki, lakin Kosovoya 4×4 minaatanların çatdırılması münasibətlərə xələl gətirə bilər.
“Biz bunu prezident Ərdoğanla telefonda açıq və dürüst müzakirə etdik. Macarıstanda keçirəcəyimiz görüş əlaqələrimizin yaxşılaşdırılması istiqamətində bir addım olacaq və düşünürəm ki, tezliklə Serbiyada Ərdoğanı qonaq edəcəyik”, – deyə Aleksander Vuçiç əlavə edib.
Burhan,
KONKRET.az
