Kreml sülh şərtlərini açıqladı: İşğal olunmuş ərazilər…backend

Kreml sülh şərtlərini açıqladı: İşğal olunmuş ərazilər...

Rusiya Ukrayna ilə mümkün sülh razılaşması çərçivəsində işğal etdiyi ərazilərin heç bir hissəsini geri qaytarmağı planlaşdırmır.

KONKRET.az xəbər verir ki, bu barədə Bloomberg Kremlə yaxın mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Rusiya Prezidenti Vladimir Putin Donbasın tam nəzarətə götürülməsini əsas hədəf kimi saxlayır və yalnız bundan sonra danışıqların bərpasını mümkün hesab edir. Həmçinin Rusiyanın Sumı və Xarkov vilayətlərində nəzarətində olan əraziləri “bufer zona” kimi saxlamaq niyyətində olduğu bildirilir.

Ukrayna isə mövcud cəbhə xətti üzrə atəşkəsin elan edilməsinin tərəfdarıdır və Donetsk vilayətinin qalan hissəsinin Rusiyaya verilməsi tələbi ilə razılaşmır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*