Kreml Rusiya və Almaniya nümayəndələri arasında Bakıda görüş keçirilməsi barədə məlumatlı deyil.
KONKRET.az “APA”ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Rusiya və Almaniya nümayəndələri arasında Bakıda keçirilən görüş barədə məlumatı olmadığını söyləyib.
Qeyd edək ki, “The Times” nəşri iyul ayında Bakıda Rusiya və Almaniya nümayəndələri arasında görüş keçirildiyini yazıb. Qəzetin yazdığına görə, görüşdə Rusiya-Ukrayna müharibəsi müzakirə olunub.
