“Kremlin məqsədi Qarabağda Krım ssenarisini HƏYATA KEÇİRMƏKDİR” – Podolyakbackend

"Kremlin məqsədi Qarabağda Krım ssenarisini HƏYATA KEÇİRMƏKDİR" - Podolyak

“Kremlin məqsədi Qarabağda Krım ssenarisini canlandırmaqdır”.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podoliak bildirib. O deyib ki, Rusiya hazırda dünyanın diqqətini Ukraynadakı müharibədən yayındırmaq üçün Qarabağ ermənilərinin problemini şişirdir.

“Qarabağ ermənilərinin probleminin niyə şişirdilməsinin üç aspekti var. Birincisi, diqqəti qismən yayındırmaq və Ukrayna müharibəsindən başqa münaqişə nöqtələrinə keçməkdir ki, bütün dünya ora baxsın.

İkinci problem ondan ibarətdir ki, Rusiya bu və ya digər şəkildə eyni KTMT-də öz dominant mövqeyini bərpa etmək istəyir. Və göstərmək istəyir ki, bu cür münaqişələrdə, o cümlədən Ermənistanla Azərbaycan arasında yalnız o, vasitəçilik edə bilər.

Və nəhayət, üçüncüsü, Azərbaycan və Türkiyəyə təzyiq göstərmək, münaqişələri canlandırmaq, onların vasitəçilik funksiyası baxımından daha çox Rusiyayönlü etmək və s.

Podolyak qeyd edib ki, əslində Kreml Krım ssenarisini təkrar etmək məqsədi güdür.

“Krım ssenarisini həyata keçirmək cəhdi olacaq. Guya ki, Qarabağda bu qədər əhali var və biz burada hər şeyə nəzarət edirik. Bu, təxribat olacaq”, – deyə o bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*