Kremlin sözçüsü: “Rusiyada Türkiyəni sevirlər və uğurlarına sevinirlər”backend

Kremlin sözçüsü: "Rusiyada Türkiyəni sevirlər və uğurlarına sevinirlər"

“Rusiyada Türkiyəni sevirlər və uğurlarına sevinirlər. Türkiyə nəinki öz tarixinin ən yaxşı nailiyyətlərini qoruyub saxlayıb, artırıb, həm də ötən əsrdə inkişaf edib, qabaqcıl və nüfuzlu dövlətə çevrilib”.

KONKRET.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib.

O daha sonra vurğulayıb: “Rusiya ilə Türkiyə arasında inkişaf edən etimada əsaslanan tərəfdaşlıq münasibətlərinə böyük əhəmiyyət veririk. Ümid edirik ki, əlaqələrimiz daha da möhkəmlənəcək”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*