Krımda 30 hektar ərazi yanırbackend

Krımda 30 hektar ərazi yanır

Krımın Koktebel qəsəbəsində quru bitki yanğınının sahəsi 30 hektara çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.

“Şəhərin Koktebel qəsəbəsində yanğının sahəsi 30 hektara çatıb, havanın 32 dərəcə isti olması və küləyin sürəti 11 m/s-ə çatması yanğınsöndürmə işlərini çətinləşdirir”.

Fövqəladə Hallar Nazirliyindən əlavə ediblər ki, aviasiya hadisə yerində işlərini davam etdirir.

“Yanğının söndürülməsinə 278 nəfər və 28 texnika cəlb olunub”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*