Krımda azərbaycanlı Mahir Məmmədov dron hücumu zamanı həlak olub.
KONKRET.az xəbər verir ki, 45 yaşlı M.Məmmədov yük avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsi dronla vurulub. Nəticədə, onun avtomobili yanıb, həmyerlimiz vəfat edib.
Qeyd edək ki, Mahir Məmmədov Gürcüstanın Bolnisi bələdiyyəsinin Arıxlı kənd sakinidir.
Mərhumun nəşinin yaxın günlərdə Arıxlı kəndinə gətirilməsi üçün müvafiq işlər görülür.
