Kruiz gəmisi neft tankeri ilə toqquşdu – VİDEObackend

Kruiz gəmisi neft tankeri ilə toqquşdu - VİDEO

Böyük Britaniyanın “P&O” nəqliyyat şirkətinə məxsus göyərtəsində minlərlə sərnişinin olduğu “Britannia” kruiz gəmisi “Castillo de Arteaga” neft tankeri ilə toqquşub.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə avqustun 27-də İspaniyanın Palma-de-Malyorka sahillərində baş verib.

Məlumata görə, hadisə nəticəsində az sayda insan yüngül xəsarətlər alıb və onlara gəmidəki həkimlər tərəfindən tibbi yardım göstərilib.

Qəza güclü fırtına səbəbindən baş verib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*