KTMT Ermənistan-Azərbaycan sərhədinə missiya göndərməyə hazır olduğunu bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə KTMT Katibliyinin nümayəndəsi Yuri Şuvalov deyib.
“KTMT Ermənistanın təhlükəsizliyinin təmin edilməsi maraqlarına əsaslanaraq Ermənistan-Azərbaycan sərhədinə missiya göndərməyə daim hazır olduğunu bildirir.
Yardım tədbirləri artıq hazırlanmaqda olan KTMT Kollektiv Təhlükəsizlik Şurasının qərar layihəsinə daxil edilib”, – Şuvalov deyib.
KTMT-nin baş katibi İmanqali Tasmaqambetov isə bildirib ki, Qarabağ və Əfqanıstanda vəziyyət gərgin olaraq qalır və bu, KTMT ölkələrində sabitliyin pozulması riski yaradır.
Qeyd edək ki, bir gün əvvəl ABŞ Dövlət Departamenti Nikol Paşinyana bunun qətiyyən yolverilməz olduğunu bildirib.
Paşinyan cavab olaraq Qərbdən Azərbaycanın son davranışlarını “təcavüz” kimi tanımağı tələb edib.
Xuraman Etibarlı,
KONKRET.az
