Kubaya dəstək olan XİN rəhbəri işdən çıxarıldıbackend

Kubaya dəstək olan XİN rəhbəri işdən çıxarıldı

Argentina Prezidenti Xavyer Miley BMT-də ABŞ-nin Kubaya qarşı sanksiyalarının ləğvinə səs verdikdən sonra xarici işlər naziri Diana Mondinonu vəzifəsindən azad edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Argentina Prezident ofisi Kudada diktaturaya qarşı olduqlarını bəyan edib:

“Ölkəmiz qəti şəkildə Kuba diktaturasına qarşıdır. İnsan hüquqlarını və fərdi azadlıqları pozan bütün rejimləri pisləyən güclü xarici siyasət mövqeyimizi qoruyacağıq”.

Qeyd olunub ki, Argentinanın ABŞ-dəkı səfiri Gerardo Verthein yeni xarici işlər naziri təyin olunacaq.

Məlik,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*