Kürdəmir sakini anası və kəndlisini qətlə yetirib, bir nəfəri isə yaralayıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan KONKRET.az-a verilən məlumata görə, bu gün saat 12 radələrində Kürdəmir rayonunun Şıxımlı kənd sakini, 1981-ci il təvəllüdlü İlham İsa oğlu Alıyev yaşadığı evdə anası, 1949-cu il təvəllüdlü Nəsibə Soltan qızı Aliyevaya və həmkəndlisi, 1970-ci il təvəllüdlü Vüqar Davud oğlu Məmmədova, daha sonra isə kənd ərazisində digər bir həmkəndlisi, 1980-ci il təvəllüdlü Famil Oqtay oğlu Şükürova kəsici-deşici alətlə xəsarətlər yetirib.
Hadisə nəticəsində Nəsibə Aliyeva və Famil Şükürov ölüb, Vüqar Məmmədov isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisəni törədən şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar aparılır.