Kürdəmirə hər hansı universitetin köçürülməsi real deyil – RƏSMİbackend

Kürdəmirə hər hansı universitetin köçürülməsi real deyil - RƏSMİ

Azərbaycanda universitetlərin bir bölgədən digərinə köçürülməsi real deyil.

KONKRET.az xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.

Bildirilib ki, hər hansı ali təhsil müəssisəsinin bir bölgədən digərinə köçürülməsi üçün yeni bölgədə müvafiq maddi-texniki baza və infrastruktur yaradılmalıdır ki, bu işlər çox böyük maliyyə vəsaiti tələb edir.

Eyni zamanda qeyd olunub ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiq edilib. Strategiyanın Tədbirlər Planında universitetlərin köçürülməsi ilə bağlı tədbirlər nəzərdə tutulmayıb. Odur ki, yaxın gələcəkdə Kürdəmir şəhərinə hər hansı ali təhsil müəssisəsinin köçürülməsi real deyil.

  • Hidayət
    Mart 8, 2024 - 10:12

    Bu məlumat ötürülməsi deyil, boşboğazlıqdir

  • Mımməd
    Mart 8, 2024 - 16:58

    Yenə bütün oxucuların necə deyərlər kəskin reaksiyasına səbəb oldunuz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*