“Laçın dəhlizi “bağlı” qaldıqca, rus sülhməramlılarının iştahı artır” – Erməni mediasıbackend

"Laçın dəhlizi "bağlı" qaldıqca, rus sülhməramlılarının iştahı artır" - Erməni mediası

“Blokada” nə qədər uzanırsa, rus sülhməramlılarının iştahı bir o qədər artır. 

KONKRET.az xəbər verir ki, bu sərlövhə ilə erməni mediası yazı dərc edib.

“Laçının “blokada”sı nə qədər uzanarsa, Rusiya sülhməramlılarının Qarabağ sakinlərinin hesabına pul qazanmaq iştahı bir o qədər artır.

Qarabağdakı mənbələrimizdən öyrəndik ki, sülhməramlılar oraya gedən hər ərzaq və ya digər mallarla dolu böyük yük maşını üçün əvvəlki 1000-2000 dollar əvəzinə təxminən 10.000 dollar və ya 4 milyon dram alırlar.

Bu yaxınlarda hətta Ermənistan hökuməti ilə müqavilələri pozublar. Onların 10 nəqliyyat vasitəsinin daşınması ilə bağlı razılaşmaları var. Amma hökumət 8 maşın alır. Belə çıxır ki, iki maşın sülhməramlıların şəxsi işidir, onların gətirilməsindən mənfəət əldə edir”, – deyə media yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*