Laçın hələ də “Berdzor” adlandırılır.. – RƏSMİ AÇIQLAMAbackend

Laçın hələ də “Berdzor” adlandırılır.. - RƏSMİ AÇIQLAMA

“Google Map”  işğladan azad olunmuş Azərbaycan ərazilərindəki toponimləri Azərbaycan türkcəsiylə yanaşı, ermənicə də  yazmaqda davam edir. Məsələn,  dövlətimiz üçün hazırkı durumda beynəlxalq miqyasda  geostrateji cəhətdən də çox əhəmiyyətli olan Laçın rayon mərkəzinin adının yanında ermənicə “Berdzor” yazılır.  Eləcə də Kəlbəcərin yanında “Karvaçar”,  Şuşanın, yanında “Şuşi”, Xankəndinin yanında “Stepanakert”,  Xocalının yanında “İvanyan”… Bundan əlavə, həmin məntəqələrə gedən marşrutu öyrənmək istədikdə axtarışa Laçın, Şuşa, Xankəndi və s. adları ingilis əlifbasıyla yazsaq da, bu məntəqələrin adı dərhal rus, yaxud ingilis şriftləri ilə ermənilərin verdiyi saxta adlarla göstərilir.

KONKRET.az xəbər verir ki, Rusiya mediasında “Abşerondan yellər”  psevdonimi ilə çıxış edən soydaşlarımızdan biri  məsələ ilə bağlı hazırda “Google Map”-də erməni toponimlərindən istifadə problemi ilə  məşğul olan Xarici İşlər Nazirliyinə müraciət edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva qoşa ad probleminin Azərbaycan ərazisində qalması ilə razılaşıb.
“Xarici İşlər Nazirliyi uzun illərdir ki, “Google”-a və digər virtual mənbələrə bu barədə yazılı etirazlar göndərərək Azərbaycan xəritələrində xarici adlar və əlifbaların istifadəsini dayandırmağı tələb edir.  Ancaq “Google” dövlət şirkəti olmadığı üçün səylərimiz faydalı deyil. 15 oktyabr 2015-ci ildə beynəlxalq  “Alphabet Inc” konqlomeratı olaraq yenidən qurulan Amerika transmilli – çoxmillətli korporasiyası istifadəçilərin ehtiyaclarını nəzərə aldığını bildirir. Azərbaycanın bu ərazilərində erməni əhalisi də yaşayır və bu səbəbdən “Google Map” şirkəti tərəfindən hazırlanmış Azərbaycan xəritələrində yer adları ermənicə də dərc edilir.
Xarici İşlər Nazirliyi bu istiqamətdə işlərini davam etdirəcəkdir. Ancaq erməni adlarının “Google”-dan itməsi üçün Azərbaycan vətəndaşlarının da həmin quruma mümkün qədər çox fərdi sorğu göndərməsi lazımdır ki, bu Amerika şirkəti Azərbaycan və erməni istifadəçilərinin sayı arasındakı fərqi görsün və nəticədə yalnız Azərbaycan adlarından istifadə etməyə qərar versin ”-deyə  XİN rəsmisi izah edib./moderator.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*