Gözlənilməz açıqlama: Putinlə danışıqlara yaşıl işıqbackend

Gözlənilməz açıqlama: Putinlə danışıqlara yaşıl işıq

Almaniyanın müdafiə naziri Boris Pistorius Avropa ölkələrinin Ukraynada müharibənin başa çatdırılması ilə bağlı danışıqlar aparmaq üçün Moskvaya dəvəti qəbul etməsinin tərəfdarı olduğunu bildirib.

KONKRET.az xəbər verir ki, nazirin sözlərinə görə, Moskvanın danışıqlar təklifini rədd etmək tamamilə yanlış mesaj olardı.

Pistorius vurğulayıb ki, nəticə əldə etməyin yeganə yolu dialoqdan keçir.

“Əgər Putin hazırda ilk siqnalları verir və avropalıları Moskvaya dəvət edirsə, bunu yalnız müsbət qarşılamaq olar”, – deyə Almaniyanın müdafiə naziri bildirib.

Bununla belə, o, bəyanatlardan daha çox real addımların vacib olduğunu qeyd edib. Pistorius istənilən danışıqların əsas şərtinin atəşkəs olduğunu vurğulayıb.

“Eyni zamanda atəş açmağa davam edib, digər tərəfdən də nəyisə müzakirə etmək niyyətində olduğunu nümayiş etdirmək yolverilməzdir”, – deyə nazir bildirib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Avropa liderlərinin Moskvaya mümkün səfərini yanlış qərar hesab etdiyini açıqlayıb.

O, Berlində keçirilən “Könüllülər koalisiyası”nın toplantısı çərçivəsində DW telekanalının müxbirinin sualını cavablandırarkən deyib ki, Avropa liderləri Moskvaya getməyəcəklər.

“Liderlər getməyəcəklər, buna yüz faiz əminəm. Məncə, onların nümayəndələrinin də Moskvaya səfəri düzgün olmaz. Bu, səhv olardı”, – deyə Zelenski bildirib.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*