Laçın sakinləri hələ də şəhəri tərk etməyiblər – Aleksanyanbackend

Laçın sakinləri hələ də şəhəri tərk etməyiblər - Aleksanyan

Hazırda Laçın sakinləri hələ də şəhəri tərk etməyiblər.

KONKRET.az xəbər verir ki, bu barədə Laçında icma rəhbəri Narek Aleksanyan News.am-a müsahibəsində deyib. O bildirib ki, Qarabağın başqa hissəsində, yoxsa Ermənistanda yaşayacaqlarına sakinlər özləri qərar verəcəklər.

Onun sözlərinə görə, şəhərin xaçkarları, qəbirləri köçürüləcək, sakinlərin çıxmamış evləri yandıracağı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirilir.

“Bunun necə olacağını bilmirəm, amma bunun yaxşı olduğunu düşünmürəm. Sakinlərlə müzakirə zamanı belə bir söhbət oldu, amma söhbət emosiyalardan gedir, həqiqətən bunu edəcəklərmi, bilmirəm”, – Aleksanyan deyib.

O qeyd edib ki, nazir Hayk Xanumyan da evlərin yandırılmasının əleyhinədir, bunun mənasının olmadığını deyir.

Xatırladaq ki, sakinlər şəhəri tərk etməlidirlər, deyə dünən qondarma qurumun “iqtisadi və texnoloji inkişaf naziri” Hayk Xanumyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*